...

Bayden "OPEC+"un neft hasilatını azaltmaq qərarına münasibət bildirib

Dünya xəbərləri Materials 4 Aprel 2023 03:10 (UTC +04:00)
Bayden "OPEC+"un neft hasilatını azaltmaq qərarına münasibət bildirib

Bakı. Trend:

"OPEC+"un (Neft İxrac Edən Ölkələr Təşkilatı, eləcə də Rusiya və digər qeyri-"OPEK" neft ixracatçıları) neft hasilatını azaltmaq qərarının nəticələri bəzilərinin düşündüyü qədər pis deyil.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Minnesota ştatında çıxışı zamanı deyib.

Jurnalistlər C.Baydendən "OPEC+" qərarını şərh etməsini xahiş ediblər. "Hər şey düşündüyünüz qədər pis olmayacaq", - deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, aprelin 2-də bir neçə "OPEC+" ölkəsi qlobal enerji bazarının sabitliyini təmin etmək üçün may ayından 2023-cü ilin sonuna kimi neft hasilatının könüllü azaldılmasını elan edib. Bu qərarlar "OPEK+" Nazirlərinin Monitorinq Komitəsinin aprelin 3-də keçirilən iclasının yekunları üzrə təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti