...

NASA Aya uçacaq astronavtların adlarını açıqlayıb

Dünya xəbərləri Materials 4 Aprel 2023 14:26 (UTC +04:00)
NASA Aya uçacaq astronavtların adlarını açıqlayıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) gələn il Ay ətrafında dövr edəcək astronavtların adlarını açıqlayıb.

Trend-in məlumatına görə, NASA Apollon 11 missiyasından yarım əsr sonra, gələn ilin noyabrında Aya növbəti insanlı missiyanı həyata keçirməyi planlaşdırır.

Qurum səfərdə iştirak edəcək amerikalı və kanadalı astronavtların adlarını açıqlayıb.

Artemis II missiyasına təyin edilmiş üç NASA astronavtı Reid Wiseman, Viktor Glover və Christina Koch Beynəlxalq Kosmik Stansiyada (BKS) vaxt keçirəcək, Kanada Kosmik Agentliyindən Jeremy Hansen isə ilk kosmosa uçuşunu edəcək.

BKS-də olarkən qadınların ilk kosmos yürüşlərində iştirak edən 44 yaşlı Koch Ay ətrafında uçan ilk qadın olacaq.

Dörd astronavtı NASA administratoru Bill Nelson ABŞ-nin Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində keçirilən tədbirdə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti