...

İsrail HHQ raket atəşinə cavab olaraq Suriyadakı hərbi obyektlərə zərbələr endirib

Dünya xəbərləri Materials 9 Aprel 2023 10:28 (UTC +04:00)
İsrail HHQ raket atəşinə cavab olaraq Suriyadakı hərbi obyektlərə zərbələr endirib

Bakı. Trend:

Bazar günü İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyada hərbi kompleksə, radar sistemlərinə və artilleriya postlarına zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən məlumat verilib.

"Bir müddət əvvəl İsrail ordusuna məxsus qırıcı təyyarələr Suriya ərazisindəki hədəfləri, o cümlədən Suriya silahlı qüvvələrinin dördüncü diviziyasının hərbi kompleksini, hərbi radar sistemlərini və Suriya silahlı qüvvələrinin istifadə etdiyi artilleriya postlarına zərbələr endirib", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, Suriya “öz ərazisində baş verən bütün hərəkətlərə görə” məsuliyyət daşıyır və İsrail ordusu “İsrailin suverenliyinin pozulması üçün atılan heç bir addıma imkan verməyəcək”.

Xatırladaq ki, daha əvvəl Suriya ərazisindən İsrail ərazisinə 6 ədəd raketin atıldığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti