...

Marseldə yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Dünya xəbərləri Materials 10 Aprel 2023 18:25 (UTC +04:00)
Marseldə yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Bakı. Trend:

Fransız xilasediciləri bazar ertəsi Fransanın cənubunda Marseldə yaşayış binasının uçması nəticəsində həlak olmuş daha iki nəfərin cəsədini aşkarlayıb.

Trend xəbər verir ki, bu barədə yanğın xilasetmə xidməti məlumat yayıb. Bildirilib ki, bununla da hazırda qurbanların ümumi sayı dörd nəfərə çatıb.

Bundan əvvəl Fransanın daxili işlər naziri Jerald Darmanen altı nəfərin xəsarət aldığını bildirərək, dağıntılar altında 4-10 nəfərin qala biləcəyini demişdi. Səhər axtarış-xilasetmə əməliyyatları zamanı iki nəfərin cəsədi tapılıb. Daha sonra xilasedicilər dağıntılar altında həlak olmuş daha iki nəfərin cəsədini aşkarlayıb.

Bazar günü Marseldə binanın uçması ilə nəticələnən partlayışın səbəbi hələlik müəyyən edilməyib. Şəhərin meri Benua Payanın dediyinə görə, bina qəzalı binaların siyahısına daxil edilməmişdi və son zamanlarda sakinlər tərəfindən binanın vəziyyəti ilə bağlı şikayət daxil olmamışdı.

Hadisə yerində yüzdən çox xilasedici, həmçinin kinoloq işləməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti