...

Myanmada hava zərbəsi 100-ə yaxın insanın ölümünə səbəb olub

Dünya xəbərləri Materials 12 Aprel 2023 05:23 (UTC +04:00)

Bakı. Trend:

Myanma hərbçilərinin ölkənin şimalındakı Sikayn bölgəsindəki bir kəndə endirdiyi hava zərbələri nəticəsində 100-ə yaxın insan həlak olub.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, bu zərbələr hakimiyyət əleyhdarları tərəfindən təşkil edilən mərasim iştirakçılarına endirilib.

Məlumatlara görə, ölənlər arasında çoxlu sayda uşaq da var. İlkin məlumatlarda ölənlərin sayının 50-yə yaxın olduğu bildirilsə də, lakin sonradan müxalifətyönümlü medianın yaydığı hesablamalara görə bu rəqəm 100-ə çatıb.

Təyyarənin səhər saatlarında müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan izdihamın üzərinə bombalar atdığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti