Bakı. Trend:
Almaniya Müdafiə Nazirliyi Berlinin Polşaya beş ədəd "MiQ-29" qırıcısını Ukraynaya təhvil verməyə icazə verdiyini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Nazirlik öz "Twitter" səhifəsində yazıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius da bu qərarı şərh edib. "Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, biz Polşalı tərəfdaşlarımıza Milli Xalq Ordusunun keçmiş ehtiyatlarından Ukraynaya beş ədəd MiQ-29 qırıcısının tədarükü ilə bağlı söz verə bilərik", - deyə B.Pistorius qeyd edib.