...

İMECE-dən ilk siqnal alınıb - Mustafa Varank

Dünya xəbərləri Materials 15 Aprel 2023 16:46 (UTC +04:00)
İMECE-dən ilk siqnal alınıb - Mustafa Varank

Bakı. Trend:

Türkiyənin TÜBİTAK UZAY şirkəti tərəfindən yaradılan ilk yerli müşahidə peyki İMECE-nin orbitə yerləşməsindən sonra ilk siqnal alınıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Qeyd edək ki, İMECE peyki bu gün yerli vaxtla saat 10:47- də Amerikanın SpaceX şirkətinin Falcon 9 raketi ilə orbitə göndərilib.

Kosmosa göndərmə prosesi Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) Ankaradakı Yer izləmə stansiyasında sənaye və texnologiya naziri Mustafa Varank, Prezidentin Strategiya və Büdcə departamentinin rəhbəri İbrahim Şenel, Müdafiə Sənayesi rəhbəri İsmail Demir, Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç və TÜBİTAK prezidenti Hasan Mandalın iştirakı ilə keçirilib.

IMECE peyki fevralın 21-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri bazasına göndərilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən layihənin orbitə göndərilməsi prosesi tamamlandıqdan sonra Türkiyənin Hərbi Hava qüvvələrinin inventarına daxil ediləcək.

İMECE peykinin daha öncə 11 aprel və 14 aprel tarixində kosmosa göndərilməsi planlaşdırılsa da hava şəraiti ilə bağlı dünən orbitə göndərilmə prosesinə 28 saniyə qalmış təxirə salındı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti