Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In bildirib ki, Pxenyan mövcud planlara uyğun olaraq hərbi kəşfiyyat peyki buraxacaq.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
"Reuters" agentliyinin Koreya Mərkəzi Teleqraf Agentliyinə verdiyi məlumata əsasən, Kim Çen In, həmçinin ölkənin kəşfiyyat imkanlarını artırmaq üçün oxşar kosmik gəmilərdən ibarət bir qrupun yerləşdirilməsini əmr etdi.