...

NASA 2025 və ya 2026-cı ildə Aya astronavt göndərmək niyyətindədir

Dünya xəbərləri Materials 20 Aprel 2023 03:02 (UTC +04:00)
NASA 2025 və ya 2026-cı ildə Aya astronavt göndərmək niyyətindədir

Bakı. Trend:

İki amerikalı astronavt 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində Artemis-3 missiyası çərçivəsində Ayın səthinə enə bilər.

Trend xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson deyib.

"2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində Ayın orbitinə dörd nəfərdən ibarət ekipaj göndərəcəyik. Onlar "SpaceX" eniş modulu ilə birləşəcək və dörd nəfərdən ikisi altı günlük missiya ilə səthə enəcək", - deyə B.Nelson bildirib.

O qeyd edib ki, Ayın səthinə bu eniş zamanı ilk dəfə qadın astronavt ayaq basa bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti