...

Bayraktar KIZILELMA daha bir uçuş testini uğurla başa vurub (VİDEO)

Dünya xəbərləri Materials 20 Aprel 2023 20:35 (UTC +04:00)
Bayraktar KIZILELMA daha bir uçuş testini uğurla başa vurub (VİDEO)

Bakı. Trend:

Türkiyənin Baykar şirkətinin milli və yerli imkanlarla hazırladığı Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsi uçuş testlərini tamamlayıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi KIZILELMA səkkizinci Uçuş Testini uğurla başa vurub.

O, uçuş-enmə zolağında aşağı hündürlükdə 630 km/saat sürətlə sınaq manevrləri həyata keçirib.

Məlumat üçün qeyd edək ki, bu uğurlu testdə yüksək sürətli uçuş və manevr sınaqları, eləcə də ardıcıl uçuş və eniş və ötürmə sınaqları həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti