...

İzmirdə baş verən yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib (VİDEO)

Dünya xəbərləri Materials 28 Aprel 2023 02:12 (UTC +04:00)
İzmirdə baş verən yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib (VİDEO)

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində baş verən yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib.

Trend TRT Haber telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin isə ayağı burxulub. Hadisə yerinə 20 təcili tibbi yardım maşını cəlb edilib.

Nazir qeyd edib ki, onların hamısını lazımı tibbi yardım göstərilib.

Qeyd edək ki, cümə axşamı Türkiyənin İzmir şəhərində səkkizmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğınsöndürmə işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti