...

ABŞ-da relsdən çıxan yük qatarının iki vaqonu Missisipi çayına düşüb

Dünya xəbərləri Materials 28 Aprel 2023 05:28 (UTC +04:00)
ABŞ-da relsdən çıxan yük qatarının iki vaqonu Missisipi çayına düşüb

Bakı. Trend:

ABŞ-ın Viskonsin ştatında yük qatarının relsdən çıxması nəticəsində iki vaqon Missisipi çayına düşüb.

Trend xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Hadisənin baş verdiyi Krouford dairəsinin fövqəladə halların idarə edilməsi üzrə mütəxəssisi bildirib ki, yük qatarı təhlükəli maddələr daşıyırdı, lakin onlar çaya düşən vaqonlarda olmayıb.

"Bizə məlumat verildi ki, qatarda təhlükəli maddələr var, lakin bu vaqonlarda həmin maddələrin olmadığına görə, bu hal hazırda ictimaiyyəti və ya ilk müdaxilə edənləri narahat etmir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti