Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istanbulda seçkiqabağı keçirilən mitinqində 1,7 milyon nəfər iştirak edib.
Trend xəbər verir ki, bu barədə R.T.Ərdoğan mitinq zamanı açıqlamasında bildirib.
"Mənə çatan rəsmi məlumata görə, mitinqdə 1,7 milyona yaxın insan iştirak edir. İstanbullular seçkidə “hə” desə, [prezidentin seçilməsi - red.] məsələsi həll olunmuş sayıla bilər", - deyə Türkiyə Prezidenti bildirib.