...

Türkiyə-İran sərhəd xəttində tikilən divarın bir hissəsi tamamlanıb (FOTO)

Dünya xəbərləri Materials 26 May 2023 22:37 (UTC +04:00)
Türkiyə-İran sərhəd xəttində tikilən divarın bir hissəsi tamamlanıb (FOTO)

Bakı. Trend:

Qanunsuz keçidlərin qarşısını almaq üçün Türkiyənin Van şəhəri ilə İran sərhəd xəttindəki 295 kilometrlik divarın Çaldıran və Özalp rayonları sərhədlərində yerləşən 96 kilometrlik hissəsi tamamlanıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Van şəhər qubernatorluğu tərəfindən bildirilib.

“Tikinti işlərinin dərhal başa çatması ilə ölkəmizin şərq sərhədləri fiziki maneə sistemi ilə möhkəmləndiriləcəkdir” – deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Vanın İran sərhəddindəki Çaldıran rayonunda başlayan, Ağrının Doğubayazıt və Hakkarinin Yüksekova rayonlarına qədər uzanan modul divar və ağıllı qüllə işləri davam etdirilir.

Qalan hissədə hündürlüyü beş metr, eni 2,87 metr olan beton maneələr polad məftillərlə düzülüb.

Tədbirlərlə son üç ildə 155 min 774 qeyri-qanuni immiqrantın keçməsinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti