...

Səudiyyə Ərəbistanı nümayəndə heyəti səfirliyin yenidən açılması ilə bağlı danışıqlar aparmaq üçün Suriyaya gəlib

Dünya xəbərləri Materials 28 May 2023 04:22 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı nümayəndə heyəti krallığın səfirliyinin yenidən Suriyada açılması ilə bağlı danışıqlar aparmaq üçün Dəməşqə gəlib.

Trend xəbər verir ki, nümayəndə heyətinə diplomatlar və texniki ekspertlər daxildir və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndəsi Qazi bin Rafi əl-Anzi rəhbərlik edir.

Suriya Xarici İşlər Nazirliyində nümayəndə heyəti nazir köməkçisi Ayman Susan ilə görüşüb.

Susan nazirliyin Səudiyyə Ərəbistanından olan mütəxəssislərə işini asanlaşdırmaq üçün lazımi yardımı göstərməyə hazır olduğunu açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti