...

İran-Əfqanıstan sərhədində atışma olub, ölənlər var

Dünya xəbərləri Materials 28 May 2023 05:04 (UTC +04:00)
İran-Əfqanıstan sərhədində atışma olub, ölənlər var

Trend-i buradan izləyin

Bakı. Trend:

Şənbə günü səhər saatlarında Taliban üzvləri İranın Zabul bölgəsindəki Sasoli sərhəd məntəqəsini atəşə tutub.

Trend bu barədə İran KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, sərhəd məntəqəsinin atəşə tutulması nəticəsində İran tərəfindən 2 sərhədçi həlak olub, 2 nəfər isə yaralanıb.

Bildirilir ki, İranın sərhəd qoşunları cavab atəşi açıb endirib, qarşı tərəfin itkiləri ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Xatırladaq ki, ötən həftə Sasoli sərhəd məntəqəsinin komandiri Taliban üzvləri tərəfindən öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti