...

Türkiyədə səsvermə prosesi zamanı təhlükəsizliyi 600 mindən çox polis əməkdaşı təmin edir

Dünya xəbərləri Materials 28 May 2023 10:17 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda 601 251 təhlükəsizlik əməkdaşı səsvermə prosesi zamanı təhlükəsizliyi təmin edir.

Trend-in məlumatına görə, bu barədə seçkidə iştirakından sonra jurnalistlərə açıqlamasında Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

"Bu ana qədər səsvermə prosesi zamanı hər hansı bir problem yaşanmayıb",- deyə S.Soylu əlavə edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib. Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,52%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,88 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,43% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50%-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti