...

Rumıniyada NATO-nun “Saber Guardian-23” təlimləri başlayıb

Dünya xəbərləri Materials 29 May 2023 20:12 (UTC +04:00)

Bakı. Trend:

Bazar ertəsi Rumıniyada NATO-nun "Saber Guardian-23" adlı beynəlxalq hərbi təlimi başlayıb.

Trend xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Milli müdafiə naziri Ancel Tılver qeyd edib ki, bu təlimlər müttəfiqlərlə birgə hərəkət etmək bacarığının artırılması üçün vacibdir. Təlimlərdə 10 minə yaxın hərbi qulluqçu, o cümlədən 5 mindən çox Rumıniya hərbi qulluqçusu iştirak edir. Təlimlərə 1,7 mindən çox hərbi texnika cəlb edilib.

Rumıniyadan başqa, 12 müttəfiq və tərəfdaş ölkə də təlimlərdə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti