...

Ərdoğan və əs-Sisi səfir mübadiləsi barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 30 May 2023 01:18 (UTC +04:00)

Bakı. Trend:

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Telefon danışığı zamanı əs-Sisi Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.

Tərəflər həmçinin Türkiyə-Misir əlaqələrinin, xüsusilə iqtisadi sahədə dərinləşdirilməsini və regional məsələləri müzakirə ediblər. İki ölkə liderləri səfir mübadiləsi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti