...

Ermənistanda qadın hərbçilər üçün xüsusi kazarma tikilir

Dünya xəbərləri Materials 30 May 2023 13:25 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda qadın hərbçilər üçün xüsusi kazarma tikilir.

Trend xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan parlamentdə danışıb.

Papikyan qeyd edib ki, kazarma Ermənistan Müdafiə Nazirliyinin nəzdində olan təlim hərbi hissələrindən birində tikilir. Erməni nazir bildirib ki, 18-27 yaş arası qadınlar hərbi xidmət üçün müraciət edə bilər. Əvvəlcə qadınlardan ibarət batalyon, gələcəkdə isə alay yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti