...

Stoltenberq Ərdoğanla NATO-nun Vilnüsdə keçiriləcək sammitini müzakirə edib

Dünya xəbərləri Materials 30 May 2023 23:58 (UTC +04:00)
Stoltenberq Ərdoğanla NATO-nun Vilnüsdə keçiriləcək sammitini müzakirə edib

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Vilnüsdə keçiriləcək sammitinin əsas məsələlərini müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi öz "Twitter" səhifəsində yazıb.

Y.Stoltenberq bildirib ki, telefonla danışıq zamanı NATO-nun Vilnüsdə keçiriləcək sammiti üçün əsas məsələləri, Ukraynaya dəstəyin davam etdirilməsi, İsveçin NATO-ya üzvlüyünün başa çatdırılması kimi məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti