...

Türkiyədə yanacaqla dolu tankerdə yanğın baş verib

Dünya xəbərləri Materials 31 May 2023 17:26 (UTC +04:00)
Türkiyədə yanacaqla dolu tankerdə yanğın baş verib

Bakı. Trend:

Türkiyənin Batman-Diyarbəkir avtomobil yolunda səhər saatlarında yanacaqla dolu tankerdə yanğın baş verib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlərin cəlb edilməsi ilə yanğın qısa müddətdə söndürülüb.

Məlumata əsasən, yanğın nəticəsində ölən və yaralanan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti