...

İran ABŞ hərbçilərinə qarşı hücumların yeni mərhələsini planlaşdırır - "Washington Post"

Dünya xəbərləri Materials 1 İyun 2023 17:47 (UTC +04:00)
İran ABŞ hərbçilərinə qarşı hücumların yeni mərhələsini planlaşdırır - "Washington Post"

Bakı. Trend:

İran Suriyadakı ABŞ hərbçilərinə qarşı ölümcül hücumların yeni mərhələsi üçün Suriyadakı yaraqlıları silahlandırır.

Trend bu barədə "Washington Post"a istinadən xəbər verir.

Qeyd edilib ki, İran və müttəfiqləri spesifik olaraq ABŞ hərbi nəqliyyat vasitələrini hədəfə alacaq güclü zirehdəlici yolkənarı bombalardan istifadə edə bilən qüvvələr yaradır və onlara təlimlər keçir.

"İranın bu proksi qruplardan istifadə edərək ABŞ-ın Suriyadakı qüvvələrinə raket və dron zərbələri endirə biləcəyi qeyd olunub. İranın Qüds Qüvvələrinin rəsmiləri yanvarın sonunda Dəməşqin şərqindəki Dumayr bölgəsində partlayıcı vasitələrdən birinin sınağına nəzarət edib", - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti