...

Blinken Finlandiyaya səfərə gəlib

Dünya xəbərləri Materials 2 İyun 2023 03:35 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Finlandiyanın paytaxtı Helsinkiyə səfərə gəlib.

Trend xəbər verir ki, Blinken cümə günü Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə, eləcə də istefa verən baş nazir Sanna Marinlə görüşəcək.

Səfər zamanı o, həmçinin Finlandiya liderləri ilə görüşəcək və Avropada təhlükəsizlik vəziyyəti ilə bağlı nitqlə çıxış edəcək, həmçinin Finlandiyanın NATO-ya üzvlüyü və İsveçin alyansa daxil olması ilə bağlı məsələləri müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti