...

ABŞ və Səudiyyə Ərəbistanı Sudanda münaqişə tərəflərini danışıqlara çağırır

Dünya xəbərləri Materials 2 İyun 2023 05:01 (UTC +04:00)
ABŞ və Səudiyyə Ərəbistanı Sudanda münaqişə tərəflərini danışıqlara çağırır

Bakı. Trend:

Vasitəçi qismində çıxış edən ABŞ və Səudiyyə Ərəbistanı Sudanda atəşkəs razılaşmasının pozulması və ordu ilə çevik reaksiya qüvvələri arasında dialoqun dayandırılması ilə əlaqədar öz narahatlıqlarını bildiriblər.

Trend xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilir ki, hər iki ölkə çevik reaksiya qüvvələri və Sudan ordusu tərəfindən atəşkəsin ciddi şəkildə pozulmasından son dərəcə narahatdır. Bu cür pozuntular mülki əhaliyə ziyan vurur və humanitar yardımın çatdırılmasına mane olur.

Tərəflər atəşkəs rejiminə riayət olunmasına ciddi münasibət bildirən kimi vasitəçilər dayandırılmış danışıqları bərpa etməyə və münaqişənin diplomatik yolla həllini tapmağa hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti