...

ABŞ Konqresinin Senatı dövlət borcu ilə bağlı qanun layihəsinə səs verəcək

Dünya xəbərləri Materials 2 İyun 2023 06:52 (UTC +04:00)
ABŞ Konqresinin Senatı dövlət borcu ilə bağlı qanun layihəsinə səs verəcək

Bakı. Trend:

ABŞ Konqresinin Senatı yaxın saatlarda ölkədə defoltun qarşısını almaq üçün dövlət borcunun tavanının artırılması ilə bağlı qanun layihəsinə səs verəcək.

Trend xəbər verir ki, bunu Senatda Demokratların lideri Çak Şumer deyib. Onun sözlərinə görə, səsvermə 11 düzəliş üzrə keçiriləcək.

Düzəlişlər üzrə səsvermə başa çatdıqdan sonra qanun layihəsinin yekun təsdiqinə baxılacaq ki, bu da ABŞ-da defoltun qarşısını almağa kömək edəcək.

"Politico"nun məlumatına görə, Şumer və Senatdakı Respublikaçılar qanun layihəsinin bəzi müddəaları ilə bağlı fikir ayrılıqlarını aradan qaldırıblar. Çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatası artıq bu təşəbbüsü təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti