...

Çində rekord istilər qeydə alınıb

Dünya xəbərləri Materials 3 İyun 2023 04:39 (UTC +04:00)
Çində rekord istilər qeydə alınıb

Bakı. Trend:

Çinin bir çox bölgələrində havanın temperaturu may ayı üçün maksimum həddi keçib.

Trend-in məlumatına görə, Çinin Milli İqlim Mərkəzinin direktor müavini Qao Ronq ölkənin 446 nöqtəsində meteoroloji stansiyaların əvvəlki dövlərlə müqayisədə ən yüksək temperaturu qeydə aldığını açıqlayıb. Mərkəzin məlumatına görə, Cənubi Çinin əksər hissəsində havanın temperaturu yaxın üç gündə 35 dərəcəni keçəcək, bəzi ərazilərdə isə 40 dərəcədən yuxarı olacaq.

Mart ayında mərkəzi Çindəki Vuhan və Zhengzhou şəhərlərində temperatur ilin bu dövrü üçün normadan 10 dərəcə yuxarı olub. 2023-cü ildə ölkənin şimalı gözlənilmədən cənubdan daha isti olub ki, bu da nəşrə görə ekoloji problemləri daha da kəskinləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti