...

Ekvadorda gəcə şənliyi zamanı atışma olub

Dünya xəbərləri Materials 5 İyun 2023 07:41 (UTC +04:00)

Bakı. Trend:

Ekvadorun qərbindəki Quayakil şəhərində silahlı hücum baş verib, nəticədə azı 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "El Universo" qəzeti xəbər verib.

Məlumata əsasən, motosikldə olan naməlum şəxslər gəcə şənliyi keçirilən evə gəlib və konkret hədəf olmadan qonaqlara atəş açmağa başlayıblar.

Cinayətkarlar hadisə yerindən qaça biliblər. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti