...

Ərdoğandan Zelenskiyə Kaxovka SES-lə bağlı TƏKLİF

Dünya xəbərləri Materials 7 İyun 2023 16:35 (UTC +04:00)
Ərdoğandan Zelenskiyə Kaxovka SES-lə bağlı TƏKLİF

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, prezidentlər Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər.

Prezident Ərdoğan telefon danışığı zamanı bildirib ki, Kaxovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün müharibə edən tərəflər (Rusiya, Ukrayna), habelə BMT və Türkiyə də daxil olmaqla, beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə komissiya yaradıla bilər.

Türkiyə olaraq bu mövzuda əllərindən gələni etməyə hazır olduqlarını ifadə edən Ərdoğan taxıl dəhlizində olduğu kimi, bu mövzuda da danışıqlar metoduna müraciət edilə biləcəyini dilə gətirib.

Qarşıdurmalar davam etdikcə hər gün baş verən insan itkilərinin qarşısının alınmasının mümkün olmayacağını vurğulayan Ərdoğan ədalətli sülhün bərqərar olması üçün səylərini qətiyyətlə davam etdirəcəklərini bildirib.

Qeyd edək ki, Ukrayna Dnepr çayı üzərindəki Kaxovka Su Elektrik Stansiyasının bəndinin dağılmasında Rusiyanı ittiham edir. Rusiya isə iddiaları rədd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti