...

Türkiyə Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası keçirilib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 İyun 2023 17:46 (UTC +04:00)
Türkiyə Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası keçirilib (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edib.

İclasda vitse-prezident Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Quru Qoşunları komandanı və Baş Qərargah rəisi Musa Avsever, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu və Hərbi Hava Qüvvələrinin komandanı general Atilla Gülan iştirak ediblər.

Üç saat davam edən toplantıda regional və milli təhlükəsizlik məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti