...

Türkiyənin sabiq naziri avtomobil qəzası keçirib (FOTO)

Dünya xəbərləri Materials 12 İyun 2023 22:12 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin sabiq iqtisadiyyat naziri Nihat Zeybekçi Muğlada avtomobil qəzası keçirib.

Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, avtomobildən yüngül xəsarətlərlə çıxan Zeybekçi xəstəxanaya aparılıb.

Xəbərdarlıq əsasında bölgəyə Təcili Tibbi Yardım briqadası göndərilib.

Qeyd edək ki, müalicəsinə başlanılan Zeybekçinin həyati təhlükəsinin olmadığı öyrənilib.

Xatırladaq ki, Nihat Zeybekçi 2016-2018-ci illər arasında Türkiyədə İqtisadiyyat naziri vəzifəsini icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti