...

Qərb ölkələrini xəbərdar edirik - Rusiya XİN bəyanat yaydı

Dünya xəbərləri Materials 24 İyun 2023 19:19 (UTC +04:00)
Qərb ölkələrini xəbərdar edirik - Rusiya XİN bəyanat yaydı

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki daxili siyasi vəziyyətlə bağlı bəyanat yayıb.

Trend xəbər verir ki, bəyanatda bildirilib:

“Ölkəmizdə baş verən silahlı qiyama cəhd Rusiya Federasiyasının Prezidenti Vladimir Putini güclü dəstəkləyən Rusiya cəmiyyətində kəskin etiraza səbəb olur. Sui-qəsdçilərin avantürist istəkləri əslində Rusiyada sabitliyi və birliyimizi pozmaq, Rusiya Federasiyasının etibarlı beynəlxalq təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylərini sarsıtmaq məqsədi daşıyır. Belə olan halda, üsyan Rusiyanın xarici düşmənlərinin əlinə işləyir.

Biz Qərb ölkələrini rusofobik məqsədlərinə çatmaq üçün Rusiyanın daxili vəziyyətindən istifadəyə dair hər hansı işarəyə qarşı xəbərdar edirik. Bu cür cəhdlər əbəsdir və nə Rusiyada, nə də xaricdəki sağlam düşüncəli siyasi qüvvələr arasında dəstək tapa bilər. Biz əminik ki, yaxın gələcəkdə vəziyyət Rusiya xalqının və Rusiya dövlətinin əsrlər boyu davam edən müdrikliyinə layiq öz həllini tapacaq.

Xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələri yerinə yetiriləcək.

Ölkəmiz öz təhlükəsizliyini təmin etmək, dəyərlərini qorumaq, beynəlxalq aləmdə nüfuzunu gücləndirmək, çoxqütblü ədalətli dünya nizamını formalaşdırmaq üçün suveren kursunu davam etdirəcək. Biz müttəfiqlərimizin və xarici tərəfdaşlarımızın bu prinsipial mövqeyini başa düşməsini çox yüksək qiymətləndiririk və artıq bu barədə tam məlumatlıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti