...

Türkiyədə meşə yanğını baş verib

Dünya xəbərləri Materials 29 İyun 2023 22:15 (UTC +04:00)
Türkiyədə meşə yanğını baş verib

Bakı. Trend:

Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşə yanğını başlayıb.

Trend-in məlumatına görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib. Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb.

Yanğının söndürülməsinə 6 təyyarə, 10 helikopter və çoxlu sayda yanğınsöndürən maşın cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti