...

Meksikada kəskin istilər səbəbindən 100-dən çox insan ölüb

Dünya xəbərləri Materials 30 İyun 2023 08:47 (UTC +04:00)
Meksikada kəskin istilər səbəbindən 100-dən çox insan ölüb

Bakı. Trend:

Meksikada son həftələrdə davam edən kəskin istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə çatıb.

Trend-in məlumatına görə, ölkə mətbuatda yer alan xəbərlərə görə, xüsusilə ölkənin şimal-qərb və cənub-şərqində rekord istilər daha çox insan tələfatı ilə nəticələnib.

Səhiyyə Nazirliyinin açıqlamasında ölənlərin 45-64 yaş aralığında olduğu, 112 nəfərdən 104-nün günvurma nəticəsində öldüyü bildirilib.

Milli Meteorologiya Xidmət ölkə ərazisində istilərin daha 10-15 gün davam edəcəyini açıqlayıb və xroniki xəstələrə lazım olmadıqca müəyyən vaxtlarda çölə çıxmamağı tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti