...

Fransada aksiya iştirakçıları arasında saxlanılanların sayı sürətlə artır

Dünya xəbərləri Materials 4 İyul 2023 10:57 (UTC +04:00)
Fransada aksiya iştirakçıları arasında saxlanılanların sayı sürətlə artır

Bakı. Trend:

Fransada ötən gecə polisin güllələdiyi əlcəzairəsilli 17 yaşlı sürücünün ölümündən sonra yaranan iğtişaşlara görə 72 nəfəri saxlanılıb.

Trend xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Qeyd edilir ki, “son gecə ərzində 24-ü Parisdə olmaqla 72 nəfər saxlanılıb”.

Bazar ertəsinə keçən gecə ölkədə bunların sayı 160 olub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 2-nə keçən gecə Fransada kütləvi iğtişaşların 719 iştirakçısı saxlanılıb. Qarşıdurma zamanı 45 polis və jandarm yaralanıb. Ötən gecə olduğu kimi 45 min asayiş keşikçisi səfərbər edilib. Ümumilikdə, Fransada iğtişaşlar başlayandan bəri 3,5 minə yaxın adam saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti