...

Dünyada rekord istilik qeydə alındı

Dünya xəbərləri Materials 5 İyul 2023 13:02 (UTC +04:00)
Dünyada rekord istilik qeydə alındı

Bakı. Trend:

İyulun 4-də qlobal orta temperatur 17,18 dərəcə olmaqla rekord həddə çatıb.

Trend xəbər verir ki, bundan öncəki gün, yəni 3 iyul 2023-cü il dünyada bütün zamanların ən isti günü kimi qeydə alınıb.

Belə ki, ABŞ meteorologiya xidmətinin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Mərkəzinin (NCEP) yaydığı məlumata görə, iyulun 3-də qlobal orta temperatur 17,01 dərəcəyə çatıb.

Rekord 24 saat ərzində təzələnərək iyulun 4-də 17,18 dərəcəyə çatıb.

Qeyd edək ki, bundan əvvəl qlobal orta temperatur 2016-cı ilin avqust ayında 16,9 dərəcə olaraq ölçülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti