...

Fransa qazdığı quyuya indi özü düşür - Türkiyəli millət vəkili

Dünya xəbərləri Materials 5 İyul 2023 15:11 (UTC +04:00)
Fransa qazdığı quyuya indi özü düşür - Türkiyəli millət vəkili

Bakı. Trend:

Fransa bir vaxtlar əkdiyini biçir, indi öz qazdığı quyuya düşür.

Trend xəbər verir ki, bunu Türkiyənin "AK Parti"li millət vəkili İbrahim Ufuk Kaynak Türkiyə Böyük Millət Məclisində çıxışında deyib.

Son bir həftədə Fransada baş verən hadisələrə diqqət yetirən türkiyəli millət vəkili hadisələrin təməlinin 1538-ci ilə qədər gedib çıxan Fransa müstəmləkəçiliyinin təzahürü olduğunu vurğulayıb.

"Fransa öz qazdığı quyuya düşür. Küçələrin yandırılması qəbuledilməzdir, ancaq bir məsələni bilmək lazımdır. Fransızlar hələ də 15-16 Afrika ölkəsinin sərvətlərini istismar edərək, qazandıqları pulları əllərindən alaraq Parisdə özlərinin mərkəz banklarında yığır və bunun heç bir qarşılığının olmayacağını düşünürlər", - deyə türkiyəli millət vəkili bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti