...

NATO ölkələri Şimali Koreyanın nüvə proqramını pisləyib

Dünya xəbərləri Materials 12 İyul 2023 00:25 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

NATO ölkələri Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ballistik raket və kütləvi qırğın silahları proqramlarını kəskin şəkildə pisləyib.

Trend xəbər verir ki, bu barədə alyansın Vilnüs sammitinin birinci günündən sonra dərc edilmiş bəyanatında deyilir.

Bəyanatda KXDR-in nüvə silahlarından, mövcud nüvə proqramlarından, eləcə də digər kütləvi qırğın silahlarından və ballistik raketlərin hazırlanması proqramlarından tam və yoxlanıla bilən formada imtinanın zəruriliyi vurğulanır.

Bundan əlavə, NATO ölkələri Pxenyanı dialoqa qayıtmağa və nüvə silahının yayılmaması rejimi və MAQATE-nin tələblərinə əməl etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti