...

Qasırğa "Pfizer" zavodunu "kağız kimi əzdi" (FOTO)

Dünya xəbərləri Materials 21 İyul 2023 13:51 (UTC +04:00)
Qasırğa "Pfizer" zavodunu "kağız kimi əzdi" (FOTO)

Bakı. Trend:

ABŞ-nin Şimali Karolina ştatında tornado "Pfizer" əczaçılıq şirkətinin zavoduna ciddi ziyan vurub.

Trend xəbər verir ki, bu barədə şirkət "Twitter"də məlumat yayıb.

"Biz təsdiq edirik ki, "Pfizer"in "Rocky Mount" zavodu qasırğa nəticəsində zədələnib. "Pfizer"in işçilərini hadisə yerində müəyyən edilmiş təhlükəsizlik protokoluna əməl edərək, təxliyə edə biliblər. Onların həyatları təhlükədə deyil", - deyə məlumatda bildirilir.

Şirkət qeyd edib ki, onlar vəziyyəti izləyir və istehsal üçün təsirləri qiymətləndirir.

CNN-in məlumatına görə, binanın damı “kağız parçası kimi əzilib”.

Kanaldan bildirilib ki, təxminən yarım saat davam edən tornado Şimali Karolinanın bir neçə şəhərini əhatə edib. Ən azı 16 nəfər yaralanıb. "Pfizer" zavodunun yaxınlığında bir neçə bina zədələnib, ən yaxın böyük magistral isə tornado səbəbindən bağlanıb.

Baş ofisi Nyu-Yorkda yerləşən "Pfizer" dünyanın aparıcı əczaçılıq şirkətlərindən biridir. O, xüsusən də koronavirusa qarşı peyvəndin hazırlanması ilə məşğul olub. 2020-ci ilin dekabr ayında "Pfizer" peyvəndi təcili istifadə üçün sürətləndirilmiş prosedura əsasən ABŞ tənzimləyicisi tərəfindən sertifikatlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti