...

Şimali Koreyanın buraxdığı ballistik raket Yaponiyada çaxnaşma yaradıb

Dünya xəbərləri Materials 24 İyul 2023 19:41 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya ballistik raket buraxıb.

Trend xəbər verir ki, bu barədə Yaponiya Baş nazirinin Ofisinin tviter hesabında bildirilib.

"Şimali Koreya şübhəli ballistik raket buraxıb", - paylaşımda qeyd olunub.

BBC nəşri qeyd edib ki, Şimali Koreyanın buraxdığı ballistik raket Yaponiyanın Şimalında çaxnaşma yaratdı, insanlar təxliyyə edildi, lakin 30 dəqiqə sonra əhali geri çağırıldı.

Bildirilib ki, Hokkaido adasında həyacan təbili çalındı və insanların dərhal təxliyyə olunması göstərişi verildi. Ardınca rəsmilər raketin adanın yaxınlığına düşmədiyini bildirdilər və beləcə həyəcan siqnalı dayandırıldı.

Qeyd edək ki, Şimali Koreya bu il Yaponiya sahillərinə 27 balisstik raket atıb ki, bu da hər iki ölkə arasında gərginliyə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti