...

Sergey Şoyqu Şimali Koreyaya səfər edəcək

Dünya xəbərləri Materials 25 İyul 2023 15:17 (UTC +04:00)
Sergey Şoyqu Şimali Koreyaya səfər edəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Sergey Şoyqunun başçılıq etdiyi rus nümayəndə heyəti Şimali Koreyaya səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda rus nümayəndə heyətinin Koreya Xalq Demokratik Respublikasının (KXDR) Müdafiə Nazirliyinin dəvəti ilə Koreyada 1950-1953-cü illərdə baş vermiş müharibənin başa çatmasının 70 illiyinin həsr olunan tədbirlərdə iştirak üçün Şimali Koreyaya səfər edəcəyi deyilir.

Səfərin 25-27 iyul tarixlərində keçiriləcəyi qeyd olunub.

Müdafiə nazirliyinin məlumatında səfərin Moskva və Pxenyan arasında hərbi əlaqələrin möhkəmlənməsinə şərait yaradacağı və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olacağı vurğulanıb.

Qeyd edək ki, Koreya müharibəsi Şimali və Cənubi Koreya arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam edib. Seul və Pxenyan hələ də rəsmi olaraq müharibə vəziyyətindədir, belə ki, iki ölkə arasında indiyədək sülh müqaviləsi imzalanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti