...

Kim Çen In Şoyquya gizli dronları göstərib

Dünya xəbərləri Materials 27 İyul 2023 15:55 (UTC +04:00)
Kim Çen In Şoyquya gizli dronları göstərib

Bakı.Trend:

KXDR rəhbəri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyquya Şimali Koreya istehsalı olan məxfi PUA-ları və qitələrarası ballistik raketləri göstərib.

Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Məlumatda bildirilir ki, Kim Çen In Sergey Şoyqunu Koreya Əmək Partiyasının VIII Qurultayında irəli sürülən dövlətin müdafiəsinin inkişafı proqramına əsasən hazırlanmış və istehsal edilmiş silahlarla, həmçinin hərbi texnikalarla tanış edib.

Bildirilir ki, bu pilotsuz təyyarələr ilk dəfə nümayiş etdirilib. Bundan başqa, KXDR artıq bu PUA-ları sınaqdan keçirib.

Qeyd edək ki, Şoyqu 1950-1953-cü illər müharibəsində Koreya xalqının qələbəsinin ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak üçün KXDR-ə gedib. Səfər zamanı o, Pxenyanda Kim Çen Inla görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti