...

İşlənmiş karbon iqlim böhranına çarə ola bilər

Dünya xəbərləri Materials 31 İyul 2023 18:10 (UTC +04:00)
İşlənmiş karbon iqlim böhranına çarə ola bilər

Bakı.Trend:

Beynəlxalq Tətbiqi Sistemlərin Təhlili İnstitutunun rəhbərlik etdiyi araşdırma mərkəzi karbon tutma və saxlama yolu ilə qlobal istiləşmədə azalma ola biləcəyini bəyan edib.

Trend xəbər verir ki, Beynəlxalq Tətbiqi Sistemlərin Təhlili İnstitutunun məlumatına görə, araşdırmaçılar Paris iqlim sazişinin həllinə yönəlmiş tədqiqatda 1,5 °C hədəfinə çatmağa yaxınlaşıblar. Bu hədəfə çatmaq növbəti onillik ərzində iqlim böhranının qarşısını almaq üçün olduqca vacibdir. Problemin öhdəsindən gəlməkdən ötrü qlobal xalis sıfır emissiyaya nail olmaq və enerji sərfiyyatını minimuma qədər azaltmaq lazımdır.

Beynəlxalq Tətbiqi Sistemlərin Təhlili İnstitutunun tətbiq etdiyi yeni varianta əsasən, karbon tutma və saxlama yolu ilə karbon dioksidin təmizlənməsi bu məsələnin həlli olmağa potensial namizəddir. Yeni işlənmiş texnologiya ətraf havanı kimyəvi həlledicilərdən keçirərək karbonu tutur və yer altında uzun müddət mühafizə edir. Lakin karbonun yer altında bu qədər uzun saxlanılması onun təkrar emalına şəraitdirmi, yoxsa onu daha faydalı üsulla əvəz etmək olarmı kimi suallara tədqiqatçılar hələ cavab tapmayıb. Hazırda karbon tutma və saxlama üsulu laboratoriya təcrübəsindən uğurla çıxıb və beynəlxalq iqlim siyasətinə tam uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti