...

Baykarla Ukrayna arasında saziş imzalandı

Dünya xəbərləri Materials 1 Avqust 2023 11:06 (UTC +04:00)
Baykarla Ukrayna arasında saziş imzalandı

Bakı.Trend:

Türkiyənin Baykar texnologiya şirkəti ilə Ukrayna Müdafiə Nazirliyi arasında Pilotsuz Uçuş Aparatlarının texniki xidmət və təmir mərkəzinin tikintisinə dair saziş imzalanıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a özəl olaraq Türkiyə hərbi saytından məlumat verilib.

Qeyd edək ki, Bayraktar TB2 və AKINCI PUA-arın istehsal ediləcəyi fabrikin tikinti işlərinin 2019-cu ildə Kiyevdə qeydiyyatdan keçmiş "Avia Ventures" MMC davam etdirib və bu şirkət Baykarın Ukraynadakı şirkətidir.

Layihə 2022-ci ilin fevralında Ukrayna və Türkiyə hökumətləri arasında aerokosmik sənayedə əməkdaşlıq üçün çərçivə sazişinin imzalanması ilə təşviq edilib.

Obyektlərin tikintisi üçün nəzərdə tutulan ümumi investisiyanın həcmi 95,5 milyon dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti