Bakı. Trend:
ABŞ Dövlət Departamenti vətəndaşlara Nigerə səyahəti ləğv etməyi tövsiyə edib və Niameydəki ABŞ konsulluğunun bəzi işçilərinin təxliyəsi barədə göstəriş verib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında bildirilib.
"Nigerdə davam edən hadisələri nəzərə alaraq və həddindən artıq ehtiyatlı davranaraq, Dövlət Departamenti Niameydəki ABŞ Səfirliyindən ABŞ hökuməti işçilərinin və müvafiq ailə üzvlərinin müvəqqəti olaraq ölkədən çıxarılmasınına dair sərəncam verib", - deyə qeyd olunub.
Qeyd olunur ki, ABŞ-ın Niameydəki səfirliyi müvəqqəti olaraq işçilərini ixtisar edib, normal xidmətləri dayandırıb və yalnız Nigerdəki ABŞ vətəndaşlarına təcili yardım göstərə bilir.
Dövlət Departamenti həmçinin ABŞ vətəndaşlarına Nigerə bütün səyahətlərini ləğv etməyi tövsiyə edib və ölkəyə 4-cü təhlükə səviyyəsini təyin edib.