...

Türkiyədə Avropa və Asiyanı birləşdirəcək yeni dəmir yolu layihəsi hazırlanır - Abdulkadir Uraloğlu

Dünya xəbərləri Materials 3 Avqust 2023 12:33 (UTC +04:00)
Türkiyədə Avropa və Asiyanı birləşdirəcək yeni dəmir yolu layihəsi hazırlanır - Abdulkadir Uraloğlu

Bakı. Trend:

Türkiyədə Avropa və Asiyanı birləşdirəcək yeni dəmir yolu layihəsi hazırlanır.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"Yavuz Sultan Səlim körpüsündən keçən qatar xətti layihəsi başa çatıb. Layihənin dəyəri 3 milyard avrodan çoxdur. Tamamlanması təxminən 5-6 il çəkəcək", - deyə nazir Uraloğlu əlavə edib.

Türkiyəli nazir onu da qeyd edib ki, maliyyələşmə məsələsi üçün istər Avropa İnvestisiya Bankı, istərsə də Qərblə müzakirələr davam edir.

Qeyd edək ki, yeni layihə Türkiyədə Avropa və Asiyanı birləşdirən ilk dəmir yolu deyil. 2004-cü ildə inşasına başlanılan, 2013-cü ildə fəaliyyətə başlayan Marmaray dəmir yolu Asiya və Avropa arasında fasiləsiz dəmir yolu nəqliyyatını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti