...

Kamal Kılıçdaroğlunun avtomobil karvanında qəza - Yaralılar var

Dünya xəbərləri Materials 5 Avqust 2023 17:00 (UTC +04:00)
Kamal Kılıçdaroğlunun avtomobil karvanında qəza - Yaralılar var

Bakı. Trend:

Türkiyədə, Ərzincan-Tunceli yolunda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun maşın karvanında 7 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, jurnalistlərin olduğu mikroavtobusun toqquşması nəticəsində 2-si jurnalist olmaqla 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu vətəndaşlarla görüşmək üçün bu gün Ərzincana səfərə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti