Bakı. Trend:
Çinin şimalındakı Hebey vilayətində güclü yağışlar nəticəsində 29 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası bildirib.
Məlumata əsasən, 16 nəfər itkin düşmüş hesab olunur. Xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Bundan əvvəl əyalətdə doqquz nəfərin öldüyü və altı nəfərin itkin düşdüyü bildirilmişdi.