...

Türkiyə aviasiya sənayesinin inkişafına hər zaman dəstək olacaq – Cevdet Yılmaz

Dünya xəbərləri Materials 11 Avqust 2023 21:32 (UTC +04:00)
Türkiyə aviasiya sənayesinin inkişafına hər zaman dəstək olacaq – Cevdet Yılmaz
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə aviasiya sənayesinin inkişafına hər zaman dəstək olacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz öz X (twitter) hesabında paylaşım edib.

Cevdet Yılmaz Türkiyə Özəl Sektor Aviasiya Müəssisələri Birliyi (TÖŞİD) ilə görüş keçirib.

“Mülki aviasiyamızın inkişafı və dünyada möhkəm mövqelərinin möhkəmlənməsi üçün ölkəmizə əlavə dəyər yaradan sektor nümayəndələrimizə təşəkkür edir, onlara işlərində uğurlar arzulayıram”, – deyə o qeyd edib.

Görüş zamanı mülki aviasiya sektoru ilə bağlı tələb və təkliflərin müzakirəsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti