...

Bələdiyyə seçkilərində gecə-gündüz çalışacağıq - Ərdoğan

Dünya xəbərləri Materials 14 Avqust 2023 12:22 (UTC +04:00)

Bakı. Trend:

Bələdiyyə seçkilərində idarəni ələ almaq üçün gecə-gündüz çalışacağıq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) 22-ci ildönümü ilə bağlı yayımladığı video mesajda deyib.

"Ədalət və İnkişaf Partiyası (AK Parti) iqtidarda olduğu 21 il ərzində ölkə üçün faydalı işlər görüb və xalqın rifahı üçün xidmət edib. Hazırda bir tərəfdən zəlzələ nəticəsində dağıdılmış şəhərlərimizi yenidən qurmaq, digər tərəfdən iqtisadiyyatımızı gücləndirmək və hədəflərimizə çatmaq üçün çalışırıq", - deyə o, vurğulayıb.

R.T.Ərdoğan əlavə edib ki, 14 may tarixində keçirilən parlament, 28 may tarixində keçirilən prezident seçkilərinin ölkənin siyasi tarixində xüsusi rolu olacaq.

Qeyd edək ki, 31 mart 2024-cü il tarixində Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti